Portuqaliyanın "Sportinq" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Lissabon təmsilçisi "Braqa"dan Paulinyonu transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı hücumçu ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
 
"Sportinq" Paulinyo üçün "Braqa"ya 15 milyon avro ödəyib.
 
Paulinyo ötən ilin noyabrında Portuqaliya yığmasında debüt edib. Hücumçu millidə keçirdiyi 3 oyunda 2 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest