"Mançester Yunayted"in futbolçusu Edinson Kavani zədələnib.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Uruqvaylı hücumçu Premyer Liqanın 22-ci turu çərçivəsində "Sauthempton"a qarşı keçirilən ev oyununun ikinci hissəsində zədələnərək, meydanı tərk edib. Kavaninin son durumu tibbi müayinədən sonra bilinəcək.
 
Kavani komandasının "Sauthempton"u 9:0 hesabıyla məğlub etdiyi oyunda bir qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest