Futbol üzrə Türkiyə Super Liqasında 23-cü turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha beş görüş baş tutub.
 
"Sivasspor" – "Ərzurumspor" və "Konyaspor" – "Gənclərbirliyi" matçında qapılara qol vurulmayıb.
 
"Kayserispor" – "Alanyaspor" görüşü də heç-heçə bitib. "Fatih Karagümrük" isə "Qaziantep" üzərində inamlı qələbəyə sevinib.
 
Turnir cədvəlinin ikinci sırasında yer alan "Beşiktaş" bu turda "Antalyaspor"un müqavimətini qırmağa çalışıb. Lakin İstanbul təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb.
 
Türkiyə Super Liqası
23-cü tur
2 fevral
 
Hatayspor – Fənərbaxça 1:2
Qol: Bupendza, 90 – Tiam, 26. Bilonq, 88-öz qapısına.
 
Qalatasaray – Başakşəhər 3:0
Qol: Onyekuru, 45. Donk, 64. Mustafa, 90+2-pen.
 
Rizəspor – Kasımpaşa 1:1
Qol: D.Erdoğan, 85 – Telin, 90+1.
 
3 fevral
 
Sivasspor – Ərzurumspor 0:0
 
Fatih Karagümrük – Qaziantep 2:0
Qol: Ndao, 58. Borini, 64.
 
Kayserispor – Alanyaspor 1:1
Qol: Maqliça, 54 – Tsavellas, 79.
 
Antalyaspor – Beşiktaş 1:1
Qol: Bayrakdar, 39 – Vida, 73.
 
Konyaspor – Gənclərbirliyi 0:0
 
4 fevral
 
17:00 Göztəpə – Yeni Malatyaspor
20:00 Trabzonspor – Dənizlispor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest