Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropada son 10 ilin rəmzi komandasını açıqlayıb.
 
Matc.az xəbər verir ki, ən yaxşı "11-lik"də Almaniyanın "Bavariya" və İspaniyanın "Real" klublarından 3 futbolçu yer alıb.
 
Qapıçı: Manuel Noyer ("Bavariya", Almaniya);
 
Müdafiəçilər: Filip Lam (Almaniya, karyerasını bitirib), Serxio Ramos ("Real", İspaniya), Vircil van Deyk ("Liverpul", İngiltərə), Leonardo Bonuççi ("Yuventus", İtaliya);
 
Yarımmüdafiəçilər: Toni Kroos ("Real"), Andres İnyesta ("Vissel Kobe", Yaponiya), Luka Modriç ("Real"), Kevin De Breyne ("Mançestere Siti", İngiltərə);
 
Hücumçular: Kristiano Ronaldo ("Yuventus"), Robert Levandovski ("Bavariya").

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest