Futbol üzrə İtaliya kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
"İnter"lə "Yuventus" yarımfinalın ilk görüşü çərçivəsində Milanda üz-üzə gəliblər. üç qolun qeydə alındığı matçda Turin təmsilçisi qələbəyə sevinən tərəf olub.
 
Digər yarımfinal matçı "Napoli" ilə "Atalanta" arasında baş tutub. Bu görüşdə isə qapılara qol vurulmayıb.
 
Yarımfinalın cavab görüşləri fevralın 9-10-na nəzərdə tutulub.
 
İtaliya kuboku
Yarımfinalın ilk oyunları
2 fevral
 
İnter – Yuventus 1:2
Qol: L.Martines, 9 – Ronaldo, 26-pen; 35.
 
3 fevral
 
Napoli – Atalanta 0:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest