Qeyd edək ki, "Zirə" və "Neftçi" komandaları arasındakı cavab oyunu fevralın 7-də olacaq.

"Oyuna pis başladıq. Yaratdığımız təhlükəli epizodları qola çevirə bilmədik".
 
Matc.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov evdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
 
26 yaşlı hücumçu məğlubiyyətə buraxılan qolda kobud səhvə yol verən qapıçı Səlahət Ağayevin əsas səbəbkar kimi göstərilməsi ilə razılaşmayıb: "Bu, futboldur. Onu və heç kimi günahlandırmaq olmaz. Hər bir futbolçu səhv edir. Mənim də qol şanslarım oldu, lakin bəxtim gətirmədi. Toplardan biri dirəkdən qayıtdı".
 
Abbasov "Baş məşqçi Samir Abasov cavab görüşündə də qapıda Səlahət Ağayevə şans verməlidirmi" sualını cavablandırmaq istəməyib: "Bu suala baş məşqçi cavab verə bilər. Elə sual verirsiniz ki, onun cavabı yoxdur". (gülür)
 
Forvard komandasının qol epizodları yaratmaqda çətinlik çəkmədiyini sözlərinə əlavə edib: "Dünənki qarşılaşmada qol epizodları oldu, sadəcə, yararlana bilmədik. Mənim zərbəm dirəkdən qayıtdı, Namik Ələskərovun da qol üçün imkanları yarandı. İlk hissədə də qol vura bilərdim, sadəcə, Sabir Buqrin ötürməni sol ayağıma verdi".
 
Hazırda "Neftçi"nin yeganə mərkəz hücumçu olan Abbasov paytaxt təmsilçisinin yeni forvard axtarmasının ona stimul verdiyini bildirib: "Komandamın yeni hücumçu axtarması mənə mənfi təsir göstərə bilməz. çünki rəqabət yaxşı bir şeydir".
 
Hücumçu cavab görüşündə qələbə qazanacaqlarına inandığını söyləyib: "çətin oyun olacaq. Amma komandamıza inanıram. Əlimizdən gələni edəcəyik ki, yarımfinala vəsiqə qazanan komanda biz olaq".
 
Qeyd edək ki, "Zirə" və "Neftçi" komandaları arasındakı cavab oyunu fevralın 7-də olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest