Rusiya Futbol İttifaqının (RFS) prezidenti müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Aleksandr Dyukov qarşıdakı 4 il üçün yenidən qurumun rəhbəri seçilib.
 
Bu barədə RFS-in rəsmi saytı məlumat yayıb. Seçki Moskvada RFS-in növbədənkənar Konfransında gerçəkləşib. "Qazprom neft" şirkətinin İdarə Heyətinin sədri olan Dyukov yeganə namizəd idi. O, RFS prezidenti vəzifəsinə yekdilliklə seçilib.
 
Qeyd edək ki, 53 yaşlı Dyukov RFS prezidenti vəzifəsini 2019-cu il fevralın 22-dən icra edir.
 
Tədbirdə RFS İcraiyyə Komitəsinin üzvlüyü üçün də seçki keçirilib. Qurumun növbədənkənar Konfransında baş tutan tədbirdə Rusiya Mini-Futbol Assosiasiyasının əslən azərbaycanlı prezidenti Emil Əliyev təkrar üzv seçilib. O, 2016-cı ildən İcraiyyə Komitəsinin üzvüdür.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest