Şeydayevin sözlərinə görə, Nuriyev və Əliyev Azərbaycan yığmasını seçsələr, hamı bundan yalnız məmnun olacaq: "Onların heç biri ilə tanışlığım yoxdur. Oyunlarını da məxsusi olaraq görməmişəm. Amma millidə rəqabət nə qədər çox olarsa, bir o qədər yaxşıdır".

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev Ukraynanın "Minay" klubunda çıxış edən Anatoli Nuriyev və Rusiya "Ximki"sində oynayan Kamran Əliyevin milliləşdirilmə məsələsinə münasibət bildirib.
 
Matc.az xəbər verir ki, 25 yaşlı hücumçu "Report"a açıqlamasında həmin oyunçuları şəxsən tanımadığını bildirib.
 
Şeydayevin sözlərinə görə, Nuriyev və Əliyev Azərbaycan yığmasını seçsələr, hamı bundan yalnız məmnun olacaq: "Onların heç biri ilə tanışlığım yoxdur. Oyunlarını da məxsusi olaraq görməmişəm. Amma millidə rəqabət nə qədər çox olarsa, bir o qədər yaxşıdır".
 
Əliyev təklifi qəbul edərsə, Rusiya Premyer Liqasında legioner statusu ilə oynamalı olacaq. Şeydayev bu amilin "Ximki"nin futbolçusuna problem yaradacağını istisna etməyib: "Onun Rusiya çempionatında legioner sayılması bir az problem ola bilər. Amma bunu özü həll etməlidir. Kamrana seçimi ilə bağlı hər hansı məsləhət vermək istəmirəm. özü doğru yolu seçəcək".
 
Qeyd edək ki, Ramil Şeydayev Rusiyanın aşağı yaş qruplarından ibarət milli komandalarının formasını geyinib. O, 2016-cı ildən Azərbaycanın əsas yığmasında oynayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest