Qadınlardan ibarət Azərbaycan millisinin İspaniya və Moldova ilə Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi ev oyunlarının stadionu və başlama vaxtı məlum olub.
 
Matc.az xəbər verir ki, İspaniya ilə fevralın 18-dəki görüş saat 20:00-da, Moldova ilə həmin ayın 23-dəki qarşılaşma isə 18:00-da başlayacaq.
 
Hər iki oyun Bakıdakı "ASK Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest