"Qarabağ" futbol üzrə Azərbaycan Kubokunun 1/4 finalında "Qəbələ" ilə cavab matçına da itki ilə çıxacaq.
 
Matc.az xəbər verir ki, ölkə çempionunun heyətində Filip Ozobiç Qəbələyə aparılmayıb.
 
30 yaşlı xorvatiyalı müdafiəçi ölkəsində müalicəsini başa vurub. Onun Bakıya bu gün qayıdacağı gözlənilir. Təcrübəli oyunçunun tezliklə məşqlərə başlayacağı ehtimal olunur. (Report)
 
Qeyd edək ki, fevralın 6-da keçiriləcək "Qəbələ" - "Qarabağ" oyunu saat 15:00-da başlayacaq. İlk görüşdə Ağdam klubu 3:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest