Karyerası ərzində Ukraynada "Dinamo", "Volın", Çexiyada "Slovan", Moldovada "Zarya" kimi klublarda çıxış edən Butenin son ünvanı Azərbaycan olub. Müdafiəçi ölkəmizdə keçmiş "Rəvan" klubunda baxışda olub.

"Dinamo"nun (Kiyev) sabiq futbolçusu Artyom Butenin kuryerliyə başlayıb.
 
Matc.az xəbər verir ki, 31 yaşlı keçmiş müdafiəçi Ukraynada bir pizza şirkətində kuryer kimi işə başlayıb.
 
Bu barədə "sportarena.com" saytı məlumat yayıb. Butenin bu işin qarşılığında aylıq təxminən 30 min qrivna (1800 manat) qazanacaq.
 
Karyerası ərzində Ukraynada "Dinamo", "Volın", çexiyada "Slovan", Moldovada "Zarya" kimi klublarda çıxış edən Butenin son ünvanı Azərbaycan olub. Müdafiəçi ölkəmizdə keçmiş "Rəvan" klubunda baxışda olub. Bu komandanın yoxlama oyunlarında qol da vuran futbolçu sonda məşqçilər korpusu tərəfindən bəyənilməyib və geri qaytarılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest