"Barselona" klubunun zədəli futbolçusu Serxi Robertonun son durumu bəlli olub.
 
Matc.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
 
Roberto İspaniya kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qranada" ilə keçirilən oyunda (5:3) zədələnib. ötən ilin sonlarında da oxşar problemlə üzləşən futbolçu iki aylıq zədədən sonra yenicə sıraya dönmüşdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest