Türkiyə Super Liqasının 24-cü turu çərçivəsində keçiriləcək "Fənərbaxça" – "Qalatasaray" matçının hakimləri məlum olub.
 
Matc.az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, İstanbul derbisini Cüneyt çakır idarə edəcək. 
 
Ona yan xətt hakimləri Bahattin Duran və Tarık Ongün kömək edəcəklər. Dördüncü hakim funskiyasını isə Hüseyn Göçek yerinə yetirəcək.
 
Sabah keçiriləcək "Fənərbaxça" – "Qalatasaray" matçı saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest