Futbol üzrə İran çempionatında 14-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Maşinsazi" də növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Peykan"la qarşılaşıb. Təbriz klubu bu oyundan məhsuldar heç-heçə ilə ayrılıb - 2:2.
 
Keçirdiyi 14 oyuna cəmi 5 xal toplamış "Maşinsazi" 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb. Təbrizin daha məşhur "Traktor" klubu isə 19 xalla 8-cidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest