"Qəbələ" klubu futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdiyi cavab matçından öncə anlamlı jest edib.
 
Matc.az xəbər verir ki, qarşılaşmanın startı ərəfəsində Vətən müharibəsində iştirak etmiş qazilərə və şəhid övladlarına hədiyyələr təqdim olunub.
 
Hədiyyələri "Qəbələ"nin Vətən müharibəsində iştirak etmiş prezidenti Fariz Nəcəfov verib. Bundan əlavə, əyalət təmsilçisinin hər bir futbolçusu meydana şəhidlərin adları yazılmış forma ilə çıxıb. Sonda komandalar həmin qazilərlə və şəhid övladlarıyla birgə xatirı şəkli çəkdiriblər.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest