"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri cavab oyununu (3:0, ilk oyun 3:1) şərh edib.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri cavab oyununu (3:0, ilk oyun 3:1) şərh edib.
 
Matc.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"İlk oyunda 3:1 hesabıyla qalib gəlməyimizə baxmayaraq, futbolçularımızda yenə də qələbə istəyi var idi. Komanda oyun nizamını qorumağa çalışırdı. Futbolçuları təbrik edirəm. Minimum tapşırığı yerinə yetirdilər. "Qəbələ"yə isə uğurlar arzulayıram".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest