Futbol üzrə Almaniya Bundesliqasında 20-ci turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.

Turnir cədvəlinin 3-cü sırasında qərarlaşan "Volfsburq" bu tur çərçivəsində səfərdə "Auqsburq"u, "Bayer" isə "Ştutqart"ı məğlub edib.

Dortmund "Borussiya"sı bu turda "Frayburq"a səfərdə 1:2 hesabıyla uduzub. Münhenqladbax "Borussiya"sı da "Köln"lə ev oyunundan məğlub ayrılıb.

2-ci sırada qərarlaşan "Leyptsiq" isə autsayder "Şalke"dən üstün olub.

Almaniya Bundesliqası
20-ci tur

5 fevral

Herta – Bavariya 0:1
Qol: Koman, 21.

6 fevral

Auqsburq – Volfsburq 0:2
Qol: Veqorst, 38. Baku, 59.

Bayer – Ştutqart 5:2
Qol: Demirbay, 18; 31. Beyli, 56. Vrits, 68. Qrey, 84 – Kalacic, 50; 77.

Frayburq – Borussiya (Dortmund) 2:1
Qol: Jeonq, 59. Şmidt, 52 – Muokoko, 76.

Maynts – Union Berlin 1:0
Qol: Niakate, 22.

Şalke – Leyptsiq 0:3
Qol: Mukiele, 45+3. Sabitser, 73. Orban, 87.

Borussiya (Münhenqladbax) – Köln 1:2
Qol: Noyhaus, 16. – Recbeçay, 3; 55.

7 fevral

18:30 Hoffenhaym – Ayntraxt
21:00 Arminiya – Verder

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest