Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının son iki oyunu üçün də təyinatlar açıqlanıb.

Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının son iki oyunu üçün də təyinatlar açıqlanıb.
 
Matc.az xəbər verir ki, "Zirə" – "Neftçi" matçının baş hakimi İnqilab Məmmədov olacaq.
 
"Kəpəz" – "Keşlə" görüşü isə Elçin Məsiyevə həvalə olunub.
 
Azərbaycan kuboku
1/4 finalın cavab oyunları
7 fevral
 
Kəpəz – Keşlə
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamal Umudlu
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Gəncə şəhər stadionu, 14:30.
 
Zirə – Neftçi
Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Nahid Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Zirə İdman Kompleksinin stadionu, 17:30.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest