Futbol üzrə Argentina yığmasının və İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi son 10 il üçün dünyanın ən yaxşı futbolçusu elan olunub.
 
Matc.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytı məlumat yayıb.
 
Qurumun hazırladığı siyahıda argentinalı futbolçu birinci yerə layiq görülübsə, onilliyin ikinci ən yaxşı futbolçusu hazırda "Yuventus"da çıxış edən Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo olub. 
 
"Barselona"nın və İspaniya yığmasının keçmiş yarımmüdafiəçisi Andres İnyesta isə siyahıda üçüncü pilləni tutub.
 
Bütövlükdə, son 10 ilin ən yaxşı 10 futbolçusu arasında bunlar yer alıb:
 
1. Lionel Messi – Argentina
2. Kristiano Ronaldo – Portuqaliya
3. Andres İnyesta – İspaniya
4. Neymar – Braziliya
5. Serxio Ramos – İspaniya
6. Manuel Noyer – Almaniya
7. Robert Levandovski – Polşa
8. Canluici Buffon – İtaliya
9. Zlatan İbrahimoviç – İsveç
10. Luka Modriç - Xorvatiya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest