"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri cavab oyununu (2:0, ilk oyun 1:0) şərh edib.

"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri cavab oyununu (2:0, ilk oyun 1:0) şərh edib.
 
Matc.az xəbər verir ki, o, səfərdə baş tutan oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
"Kəpəz" hər iki oyunda bizə çətin anlar yaşatdı. "Sabah" üzərində qələbə onlara motivasiya vermişdi. Rəqib bizə oynamağa imkan vermirdi. Qarşımızda istəkli və aqressiv komanda var idi. Qələbə qazanıb mərhələni keçmək bizə çox lazım idi. Komanda olaraq pozitivliyə ehtiyacımız var. Futbolçularımı təbrik edirəm.
 
Tarixdə qazanılan titullar qalır. Biz də bunun üçün mübarizə aparacağıq. Amma çempionatda durumumuz elə də yaxşı deyil. Qarşımıza qoyulan məqsəd komandanı hazırkı durumdan çıxarmaqdır. Hər oyuna qələbə üçün çıxmaq lazımdır. Nikbinliyi qoruyub-saxlaya bilsək, komanda daha da inkişaf edə bilər".
 
Sadio Tounkaranı yarımmüdafiənin mərkəzində oynatmağımıza gəlincə, onu hər zaman cinahlarda görmüşük. Amma başqa keyfiyyətləri də var. Aqressiv futbolçudur. Meydanda böyük işlər görə bilər. Orta xətdə bir az sıxıntımız var. Ona görə də Tounkaranı bu mövqedə yoxladıq. Yaxşı təsir bağışladı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest