İspaniyanın "Sevilya" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, La Liqa təmsilçisinin hücumçusu Lukas Okampos zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
26 yaşlı futbolçu İspaniya La Liqasının 22-ci turu çərçivəsində keçirilən "Xetafe" ilə oyunda sıradan çıxıb. Klubun verdiyi məlumatda Okamposun sol ayaq biləyinin zədələndiyi bildirilib.
 
Hücumçunun sağalacağı vaxtla bağlı açıqlama verilməyib.
 
Qeyd edək ki, "Sevilya" "Xetafe" ilə oyundan 3:0 hesablı qələbə ilə ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest