İtaliya A Seriyasının 21-ci turu çərçivəsində "Cenoa"ya 1:2 hesabı ilə məğlub olan "Napoli" ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Neapol təmsilçisinin müdafiəçisi Kostas Manolas sıradan çıxıb.
 
Oyunun 68-ci dəqiqəsində zədələnən futbolçu, meydanı erkən tərk edib. Klubun yaydığı məlumata görə, Manolas sağ ayağından zədə alıb. 29 yaşlı futbolçunun vəziyyətinin ciddi olduğu diqqətə çatdırılsa da, onun nə vaxta qədər yaşıl meydanlardan kənarda qalacağı bilinmir.
 
Manolas cari mövsümdə 22 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest