Gəncənin "Kəpəz" klubu Azərbaycan Kubokunda 100-cü oyununu keçirib.
 
Matc.az xəbər verir ki, yubiley 1/4 final mərhələsinin "Keşlə" ilə matçına təsadüf edib.
 
Bu qarşılaşmayadək 99 görüşə çıxan qərblilər 0:2 hesabı ilə uduzub. Turnirdə 1992-ci ildə debüt edən "Kəpəz" 57 qələbə qazanıb, 15 heç-heçə edib və 28 dəfə uduzub. Gəncəlilər 180 qol vurub, 104-nü buraxıb.
 
Qeyd edək ki, "Kəpəz" evdə 47, səfərdə 49, neytral meydanda 4 dəfə qüvvəsini sınayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest