Samir Abasovu "Neftçi"yə gətirənlərin əsas, yeganə ümidi kuboka idi. Kamran Quliyevin bütün planları bu yarışı qazanmağa hesablanmışdı və göründüyü kimi, hesablaması yenə düz çıxmadı.

Böyük ehtimalla, "Neftçi" bu mövsümü də titulsuz başa vuracaq. Bakılılıların Premyer Liqada "Qarabağ"ı qabaqlaması ağlabatan görünmür. Qarşıdakı turlarda bu komandanı Ağdam təmsilçisi, eləcə də, "Zirə" ilə çətin oyunlar gözləyir.

Samir Abasovu "Neftçi"yə gətirənlərin əsas, yeganə ümidi kuboka idi. Kamran Quliyevin bütün planları bu yarışı qazanmağa hesablanmışdı və göründüyü kimi, hesablaması yenə düz çıxmadı.

İndi isə hesablamaq yox, hesabat vermək zamanıdır. O hesabı alacaq şəxs də məlumdur - Zaur Qəhrəmanov.

SOCAR-ın Türkiyə üzrə bir nömrəli məsul şəxsinin "Neftçi"nin iç dünyasına nüfuz etməsi, atasının və özünün əlaqələri hesabına klub üzərində söh sahibliyinə yiyələnməsi nə sirdir, nə də yeni xəbər.

Bu, illərdir belədir. Heç olmasa, 5-6 il.

Qəhrəmanovun "Neftçi"nin idarəçilərindən tələblərinin siyahısı ilə tanışıq. Burada bir neçə müddəa yer alıb, onlardan biri də minimum kubokun finalına vəsiqədir.

Yeri gəldikcə biz ağırçəkili Zaur bəyin heç də ağır olmayan digər tələbləri ilə oxucularımızı tanış edəcəyik, hələlik isə onu söyləyə bilərik ki, hədəfə çatmamağın cavbını kim(lər)sə verəcək.

Bu kimsə, yəqin ki, Kamran Quliyev olacaq. Ondan başqa guya kim var ki burada..? Bir özüdür, bir də Samir Abasov. Ceyhun Sultanovu 3 ay öncə yola salıb, idman direktoru vəzifəsini də yerli-dibli ləğv edib.

İdman direktorunun səlahiyyətinə daxil olan məsələləri baş məşqçi ilə öz aralarında bölüşdürüb, Elnur Eyvazovu da prosesdən kənarda saxlayıb.

Sonuncunun vitse-prezidentliyi yalnız maliyyə sahəsi ilə məhdudlaşır. Onlara nə qarışır, nə də başqa bir şey. Eyvazov klubun içində klubdur, amma ki, işin idman tərəfindən məsuliyyət daşımır.

Qəhrəmanov qarşısnda minimum finala vəsiqə öhdəliyi götürən Quliyev bu dəfə kimə tərəf yıxılacaq, bu da bizə maraqlıdır.

Cəbrayıl Cəbrayılov tez-tez bazada "dır-dır" oynadığı klub prezidentini yenə qoruyacaqmı, qoruya biləcəkmi? Demək çətindir. çünki Quliyevin son kadr islahatı "Neftçi"ni yağışdan çıxarıb, yağmura "qonaq edib".

Finala vəsiqə getdi işinin ardınca, komanda heç yarımfinal üzü də görmədi. Füzuli Məmmədovu görəvdən almaqla ziyanın yarısından dönəcəyinə əmin olan Kamran Quliyevin SOCAR yetkililərinə daşdan keçən hesabat verməyə tutarlı əsası qalmayıb indi.

Bu gün atacağı ən mərifətli addım istefa vermək olardı. Buna isə heç nə yox, sadəcə, göz lazımdır. Bu göz Kamran Quliyevdə varmı?

Güclə tutduğu postdan elə möhkəm-möhkəm yapışıb ki… (sportinfo.az)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest