Futbol üzrə Yaponiya milli komandasının sabiq yarımmüdafiəçisi Keysuke Honda özünə yeni klub tapıb.
 
Matc.az xəbər verir ki,  34 yaşlı futbolçu bundan sonra karyerasını Portuqaliyada davam etdirəcək.
 
O, "Portimonense" klubu ilə müqavilə imzalayıb. Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Honda mövsümün sonuna qədər "Portimonense"də çıxış edəcək.
 
"Portimonense" klubu Portuqaliya Premyer Liqasında 15-ci sıradadır.
 
Yaponiya millisində 98 oyun keçirmiş Honda, 2014-2017-ci illər aralığında "Milan"ın uğurları üçün çalışıb. Yarımmüdafiəçi son olaraq Braziliyanın "Botafoqo" klubunda çıxış edib. Onun formasını geyindiyi klublar arasında "Naqoya", "Venlo", çSKA (Moskva), "Paçuka", "Melburn Viktoriya" və "Vitess" də var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest