Türkiyənin "Qalatasaray" klubu iki ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, "sarı-qırmızılar"ın müdafiəçiləri Marselo Saraççi və Martin Linnes zədələnib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Super Liqanın 24-cü turunun "Fənərbaxça" ilə səfər matçında zədələnən hər iki cinah müdafiəçisi iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
 
"Qalatasaray" "Fənərbaxça"nı səfərdə Mustafa Məhəmmədin qolu ilə 1:0 hesabıyla məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest