Fransanın "Renn" klubunun hücumçusu Mbaye Nyanq karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
 
Matc.az xəbər verir ki, 26 yaşlı futbolçu "Əl-Əhli" klubuna keçib.
 
Bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Nyanq mövsümün sonuna qədər icarə əsasında "Əl-Əhli"də çıxış edəcək.
 
Nyanq karyerası ərzində İtaliyada "Torino", "Milan", "Cenoa", İngiltərədə "Uotford", Fransada "Monpelye" klublarının uğurları üçün çalışıb. Seneqal millisinin də üzvü olan hücumçu 2019-cu ildən "Renn"də çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest