Futbol üzrə klublararası dünya çempionatında finalçılar müəyyənləşib.

Futbol üzrə klublararası dünya çempionatında finalçılar müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Qətərdə təşkil olunan mundialın ilk yarımfinal görüşündə Meksikanın "Tiqres" klubu Braziliya "Palmeyras"ı ilə qarşılaşıb və 1:0 hesabıyla qalib gəlib.
 
Digər yarımfinal görüşü isə Almaniya nəhəngi "Bavariya" ilə Afrikanın ən güclüsü - Misirin "Əl-Əhli" klubu arasında baş tutub. UEFA çempionlar Liqasının qalibi bu oyundan inamlı qələbə ilə ayrılıb – 2:0.
 
Beləliklə, fevralın 11-də baş tutacaq həlledici oyunda "Bavariya" ilə "Tiqres" qarşılaşacaq. Həmin gün həm də "Əl-Əhli" ilə "Palmeyras" üçüncü yer uğrunda oyuna çıxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest