İspaniyanın "Atletik" klubu yarımmüdafiəçisi Unay Vensedorla müqaviləni yeniləyib.
 
Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
20 yaşlı yarımmüdafiəçi ilə müddəti 2025-ci ilin yayında başa çatacaq yeni müqavilə imzalanıb. Bilbao klubu futbolçusuna transfer qiyməti də qoyub. Hansısa klub bu oyunçunu 2025-ci ildən tez transfer etmək istəsə, "Atletiko"ya 40 milyon avro ödəməlidir.
 
Vensedor 2017-ci ildən "Atletik"də çıxış edir. O, 2018-ci ildən klubun əsas komandasına cəlb olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest