Fil Dişi Sahili yığmasının və İngiltərənin "çelsi" klubunun sabiq hücumçusu Didye Droqbanın oğlu İsak Droqba karyerasını İtaliyada davam etdirəcək.
 
Matc.az xəbər verir ki, 21 yaşlı hücumçu D Seriyası təmsilçisi "Karateze" ilə müqavilə imzalayıb.
 
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Droqba ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
 
"çelsi"nin yetirməsi olan İsak Droqba son olaraq Fransanın "Genqam" klubunda çıxış edirdi. Hücumçu ötən ilin iyulundan azad agent statusu daşıyırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest