"Barselona" futbol üzrə İspaniya Kubokunun yarımfinal mərhələsi çərçvəsində "Sevilya"ya qarşı keçirəcəyi ilk oyuna ciddi itkilərlə çıxacaq.
 
Matc.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə Miralem Pyaniç, Serjinyo Dest və Martin Breytveytin zədə səbəbindən oynaya bilməyəcəyi vurğulanıb.
 
Daha əvvəl Jerar Pike, Serxio Roberto, Ansu Fati, Filippe Koutinyo və Ronald Arauxonun da eyni səbəbdən görüşdə iştirak etməyəcəkləri açıqlanmışdı.
 
Qeyd edək ki, fevralın 10-da keçiriləcək "Sevilya" - "Barselona" qarşılaşmasına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest