Futbol üzrə İtaliya kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilir.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
"Yuventus" doğma meydanda "İnter"lə qarşılaşıb. Səfərdə Milan təmsilçisini 2:1 hesabıyla üstələmiş Turin klubu evdə qolsuz bərabərliyə nail olmaqla ilk finalçı olub.
 
Digər finalçının adına "Atalanta" – "Napoli" matçında aydınlıq gələcək.
 
İtaliya kuboku
Yarımfinalın cavab oyunları
9 fevral
 
Yuventus – İnter 0:0 (ilk oyun 2:1)
 
10 fevral
 
23:45. Atalanta – Napoli (0:0)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest