Bununla bağlı bu gün UEFA tərəfindən AFFA-ya rəsmi məktub daxil olub. Qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.

2022-ci ildə təşkil olunacaq dünya çempionatına hazırlıq məqsədiylə keçiriləcək Qətər – Azərbaycan matçının yeri açıqlanıb.
 
Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, martın 27-də keçiriləcək Qətər – Azərbaycan oyunu Avstriyanın Vyana şəhərində təşkil olunacaq.
 
Bununla bağlı bu gün UEFA tərəfindən AFFA-ya rəsmi məktub daxil olub. Qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.
 
Qətər millisi yarışa UEFA tərəfindən dəvət olunub və seçmə mərhələdə millimizin yer aldığı A qrupunda çıxış edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest