Azərbaycan Kubokunun 1/4 finalında "Qarabağ"la cavab görüşündə zədələnən "Qəbələ"nin futbolçularının durumuna aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, ilk hissənin sonlarında xəsarət alan Anar Nəzirov artıq məşqlərə başlayıb.
 
Zədələnən digər futbolçu Vinko Medimoreç isə hazırlıq prosesinə qatılmır. 25 yaşlı müdafiəçi MRT müayinəsindən keçib. Xorvatiyalı oyunçunun nəticələri hələ ki, açıqlanmayıb. (Report)
 
Qeyd edək ki, "Qəbələ" həmin oyunda "Qarabağ"a 0:3 hesabı ilə uduzub. İlk görüşdə 3:0 hesablı qələbə qazanan Ağdan klubu növbəti mərhələyə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest