Madrid "Real"ındakı gələcəyi müzakirə edilən kapitan Serxio Ramos karyerası ilə bağlı qərarını verib.
 
Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı kapitan "kral klubu"ndan ayrılacaq.
 
Madrid təmsilçisi ona iki illik müqavilə təklif edib, lakin Ramos yeni müqavilə ilə məvacibinin 10 faiz azaldılmasına razı olmayıb və bu təklifdən imtina edib. Müdafiəçinin rəhbərliyə karyerasını başqa klubda davam etdirəcəyini dediyi bildirilir.
 
İspan müdafiəçi 2005-ci ildən "Real"ın şərəfini qoruyur. O, həm Madrid klubunda, həm də La Liqada bir sıra rekordlara imza atıb.
 
Ramosla İngiltərənin "Mançester Yunayted", Fransanın PSJ klubları yaxından maraqlanır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest