İngiltərənin "Mançester Siti" klubunun zədəli futbolçusu Kevin de Breyne sağalıb.
 
Matc.az xəbər verir ki, bu barədə baş məşqçi Pep Qvardiola məlumat verib.
 
Onun sözlərinə görə, belçikalı futbolçu fərdi məşqlərə başlayıb. Qvardiola futbolçunun vəziyyətinin yaxşı olduğunu da vurğulayıb.
 
29 yaşlı futbolçunun daha bir neçə oyun yaşıl meydanlarda olmayacağı bildirilir.
 
De Breyne yanvar ayında – "Aston Villa" ilə oyunda (2:0) zədələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest