Futbol üzrə İtaliya kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
"Yuventus" doğma meydanda "İnter"lə qarşılaşıb. Səfərdə Milan təmsilçisini 2:1 hesabıyla üstələmiş Turin klubu evdə qolsuz bərabərliyə nail olmaqla ilk finalçı olub.
 
Digər finalçının adına "Atalanta" – "Napoli" matçında aydınlıq gəlib. Dörd qolun qeydə alındığı matçda qalib gələn Berqamo klubu finala vəsiqə qazanıb.
 
İtaliya kuboku
Yarımfinalın cavab oyunları
9 fevral
 
Yuventus – İnter 0:0 (ilk oyun 2:1)
 
10 fevral
 
Atalanta – Napoli 3:1 (0:0)
Qol: Sapata, 10. Pessina, 16; 78 – Lozano, 53.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest