Futbol üzrə İngiltərə Federasiya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha dörd görüş baş tutub.
 
"Mançester Siti" səfrədə "Suonsi Siti" üzərində inamlı qələbəyə sevinib.
 
"Lester Siti" "Brayton"u, "Şeffild Yunayted" isə "Bristol Siti"ni minimal hesabla üstələyib.
 
Doqquz qolun qeydə alındığı "Everton" – "Tottenhem" görüşündə də meydan sahibləri qələbəyə sevinən tərəf olub.
 
İngiltərə Federasiya kuboku
1/8 final
9 fevral
 
Bernli – Bornmut 0:2
 
Mançester Yunayted – Vest Hem 1:0
 
10 fevral
 
Suonsi Siti – Mançester Siti 1:3
Qol: Uittaker, 77 – Uolker, 30. Sterlinq, 47. Q.Jezus, 50.
 
Lester Siti – Brayton 1:0
Qol: İheanaço, 90+4.
 
Şeffild Yunayted – Bristol Siti 1:0
Qol: Şarp, 66-pen.
 
Everton – Tottenhem 5:4
Qol: Kalvert, 36. Riçarlison, 38; 68. Siqurdsson, 43-pen. Bernard, 97 – D.Sançes, 3; 57. Lamela, 45+3. Keyn, 83
 
11 fevral
 
21:30. Vulverhempton – Sauthempton
00:00. Barnsli – çelsi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest