"Sevilya" ilə İspaniyanın Kubokunun yarımfinal mərhələsinin ilk oyunu "Barselona"nın kapitanı Lionel Messi üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, argentinalı hücumçu peşəkar karyerasında 900-cü matçına çıxıb.
 
34 yaşlı futbolçu bu görüşlərin 758-ni Kataloniya klubunun, 142-ni isə Argentina millisinin heyətində keçirib.
 
Qeyd edək ki, "Sevilya" - "Barselona" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb. Bu komandalar arasındakı cavab görüşü martın 3-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest