PSJ-nin ulduz futbolçusu Neymar zədələnib.
 
Matc.az xəbər verir ki, 29 yaşlı hücumçu ölkə kubokunun 1/32 finalında "Kan"a 1:0 hesabı ilə qalib gəldikləri görüşdə sıradan çıxıb.
 
Neymar 56-cı dəqiqədə rəqib oyunçu Yoel Armuqomla mübarizədə zədə alıb. Onun yerinə meydana Kilian Mbappe daxil olub. Paris təmsilçisinin baş məşqçisi Maurisio Poçettino braziliyalı forvardın bu gün tibbi müayinədən keçəcəyini bildirib. Bu üzdən də futbolçunun bərpa müddəti hələ məlum deyil.
 
Qeyd edək ki, PSJ fevralın 16-da UEFA çempionlar Liqasının 1/8 finalında İspaniyada "Barselona"nın qonağı olacaq. Komandalar arasındakı cavab oyunu martın 10-da Parisdə gerçəkləşəcək. 
 
Neymar PSJ-yə 2017-ci ilin yayında 222 milyon avro qarşılığında "Barselona"dan gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest