İngiltərənin "Vulverhempton" klubu müdafiəçisi Xonatan Kastronun müqaviləsinin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
26 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin yayına qədər olan yeni müqavilə imzalanıb.
 
"Vulverhempton" Kastronu 2019-cu ilin yayında 21 milyon avro qarşılığında Madrid "Atletiko"sundan transfer edib. Müdafiəçi İspaniya yığmasında 3 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest