"Neftçi" Bolqarıstanın çSKA (Sofiya) klubundan 6 aylıq icarəyə götürdüyü Ahmed Ahmedovu yayda birdəfəlik transfer edə bilər.
 
Matc.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, "ağ-qaralar" mövsümün sonunda hücumçunu komandada saxlamaq istəsə, Sofiya təmsilçisinə 150 min avro ödəməli olacaq.
 
25 yaşlı futbolçunun "Neftçi"də çSKA-dakından ikiqat çox məvacib alacağı da vurğulanıb.
 
"Neftçi" Ahmedou 6 aylıq icarəyə götürüb. Hücumçunun çSKA ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest