Turun son matçında "Neftçi" və "Qarabağ"ın əvəzediciləri üz-üzə gəlib. Paytaxt təmsilçisi bu oyundan minimal hesabla qalib ayrılıb.

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 12-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, yeni ildəki ilk turun bütün görüşləri eyni gündə baş tutub. 
 
Açılış matçında "Sabah"ın əvəzediciləri MOİK-lə qarşılaşıb. 4 qolun vurulduğu matçda "Sabah-2" inamlı qələbə qazanıb.
 
"Zaqatala" doğma meydanda "Kəpəz"dən üstün olub, lider "Turan Tovuz" isə "Keşlə"nin əvəzediciləri ilə bacarmayıb.
 
Turun son matçında "Neftçi" və "Qarabağ"ın əvəzediciləri üz-üzə gəlib. Paytaxt təmsilçisi bu oyundan minimal hesabla qalib ayrılıb.
 
Birinci Divizion
12-ci tur
11 fevral
 
Sabah-2 – MOİK 3:1
Qol: Samir Məhərrəmki, 33. Ramin Məlikov, 77-avtoqol. Kamran Quliyev, 81 – İlyas Səfərzadə, 45+2.
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Tərlan Talıbzadə, İnqilab Məmmədov.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 13:00.
 
Zaqatala – Kəpəz 2:0
Qol: Xəqani Sadıxov, 4. Aleksandr Şemonayev, 54.
Hakimlər: Rəvan Həmzəzadə, Elman Kərimov, Elmin Süleymanov, Rauf Allahverdiyev.
Zaqatala şəhər stadionu, 14:00.
 
Turan Tovuz – Keşlə-2 0:0
Hakimlər: Səbuhi Bayramov, Vüqar Bayramov, Teymur Teymurov, Namiq Bəkirov.
Tovuz şəhər stadionu, 14:00.
 
Qaradağ Lökbatan – Sumqayıt-2 1:0
Qol: Elnur Səmədov, 44.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Vüsal Məmmədov, Rəşad Əhmədov.
Lökbatan Olimpiya İdman Kompleksinin Stadionu, 14:00.
 
Neftçi-2 – Qarabağ-2 1:0
Qol: Rauf Hüseynli, 45+2-avtoqol.
Qırmızı vərəqə: Tolqar Yaqubov, 27. ("Qarabağ-2")
Hakimlər: Rövşən Rəcəbov, Ruslan Quliyev, Kərim Zeynalov, Nicat İsmayıllı.
"Neftçi"nin bazası (4-cü meydança), 15:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest