"Mançester Siti" İngiltərə Federasiya Kubokunun 1/8 final mərhələsində "Suonsi Siti" ilə qarşılaşıb.
 
Matc.az xəbər verir ki, 3:1 hesablı qələbə qazanan "şəhərlilər" yeni rekorda imza atıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Mançester Siti" İngiltərədə bütün turnirlər daxil olmaqla ardıcıl 15 rəsmi oyunda qələbə qazanan ilk Premyer Liqa klubu olub.
 
"Mançester Siti" sonuncu dəfə ötən ilin dekabrında, Premyer Liqada "Vest Bromviç"lə oyunda xal itirib – 1:1. "Şəhərlilər" hazırda Premyer Liqada 50 xalla liderdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest