Fransa kubokunun 1/32 final mərhələsi çərçivəsində "Kan"la oyunda (1:0) zədələnən PSJ-nin hücumçusu Neymarın durumuna aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, sol ayaq əzələsindən xəsarət alan braziliyalı hücumçu 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
 
Bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb. 29 yaşlı forvardın İspaniyanın "Barselona" klubu ilə çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxacağı dəqiqləşib. Bu komandalar arasında birinci qarşılaşma fevralın 16-da İspaniyada, cavab görüşü isə martın 10-da Fransada keçiriləcək. Braziliyalı futbolçunun sabiq komandası ilə cavab görüşündə də iştirakı sual altındadır.
 
Neymar həm də Liqa 1 çərçivəsində "Nitsa", "Monako" və "Dijon"la görüşlərdə forma geyinə bilməyəcək. Braziliyalı futbolçu bu mövsüm PSJ-nin heyətində bütün turnirlər çərçivəsində 18 oyuna çıxıb, 13 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest