Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.
 
Səfərdə "Sivasspor"a minimal hesabla qalib gələn "Antalyaspor" minimal hesabla qalib gəlib. 
 
"Beşiktaş" isə "Konyaspor"u yalnız penaltilər seriyasında üstələyə bilib.
 
Daha öncə "Başakşəhər"lə "Alanyaspor" da yarımfinala vəsiqə qazanmışdı. Beləliklə, yarımfinalda "Antalyaspor" "Alanyaspor"la, "Başakşəhər" isə "Beşiktaş"la qarşılaşacaq.
 
Türkiyə kuboku
1/4 final
9 fevral
 
Fənərbaxça – Başakşəhər 1:2
Qol: Valensia, 72 – J.Fernandes, 42. Gulbrandsen, 96.
 
10 fevral
 
Qalatasaray – Alanyaspor 2:3
Qol: Mustafa, 83. J.Fernandes, 90+4 – Babakar, 30; 48-pen. S.Uçan, 41.
 
11 fevral
 
Sivasspor – Antalyaspor 0:1
Qol: Fredi, 62-pen.
 
Konyaspor – Beşiktaş 1:1 (penaltilər 2:3)
Qol: A.Bardakçı, 18 – O.özyakup, 13.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest