Türkiyə Futbol Federasiyası (TFF) "Fənərbaxça"nın əsas komandasında koordinator kimi çalışan Selçuk Şahinə sərt cəza tətbiq edib.
 
Matc.az xəbər verir ki, bu barədə TFF-nin rəsmi saytı məlumat yayıb.
 
Cəzaya Selçukun Super Liqanın 24-cü turu çərçivəsində baş tutan "Qalatasaray"la ev oyununda hakimlər otağına gedərək qaydalara zidd davranışlar etməsi səbəb olub. O, 3 ay rəsmi oyunlarda komandaya kömək edə bilməyəcək. üstəlik, "Fənərbaxça"nın sabiq futbolçusu 24 min TL cərimə də ödəyəcək.
 
Xatırladaq ki, "Fənərbaxça" "Qalatasaray"la oyunda 0:1 hesabıyla məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest