Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
"Sevilya" doğma meydanda "Barselona" ilə qarşılaşıb. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.
 
Digər yarımfinal görüşü "Atletik"lə "Levante" arasında keçirilib. Bu oyunda qalib müəyyənləşməyib.
 
Qeyd edək ki, yarımfinal görüşləri ev-səfər prinsipi ilə keçirilir. Cavab görüşləri martın əvvəlində təşkil olunacaq.
 
İspaniya kuboku
Yarımfinalın ilk oyunları
 
10 fevral
 
Sevilya – Barselona 2:0
Qol: Kunde, 25. Rakitiç, 85.
 
11 fevral
 
Atletik – Levante 1:1
Qol: Martines, 58 – Melero, 26.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest