Türkiyənin "Qaziantep" klubunda koronavirusa yeni yoluxmalar qeydə alınıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə klub kollektivindən götürülmüş sonuncu COVİD-19 testlərindən dördününü pozitiv çıxdığı diqqətə çatdırılıb. Koronavirusa yoluxanlardan ikisinin futbolçu, digər ikisinin isə klub işçisi olduğu bildirilib. Adları açıqlanmayan həmin şəxslər karantinə alınıblar.
 
Qeyd edək ki, "Qaziantep" Super Liqanın 25-ci turu çərçivəsində fevralın 13-də səfərdə "Trabzonspor"la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest