Almaniyanın "Bavariya" klubu İspaniya təmsilçisi "Barselona"ya məxsus olan rekordu təkrarlayıb.
 
Matc.az xəbər verir ki, Münhen təmsilçisi buna klublararası dünya çempionatının finalında Meksika "Tiqres"ini məğlub etməklə (1:0) nail olub.
 
Hansi Flikin çalışdırdığı komanda bir il ərzində mümkün 6 titulun hamısını qazanıb. Son olaraq, bu nəticəni 2009-cu ildə "Barselona" qazanmışdı.
 
Qeyd edək ki, Münhen təmsilçisi 2019/20 mövsümündə Almaniya Bundesliqasının, ölkə kubokunun və UEFA çempionlar Liqasının qalibi olub. "Bavariya" 2020-ci ildə UEFA Super Kubokuna və Almaniya Super Kubokuna da yiyələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest